Texniki əsaslandırılmış və beynəlxalq standartlara uyğun mühəndislik həlləri.
BF Engineering MMC olaraq, müasir standartlara və müştəri tələblərinə uyğun yüksək keyfiyyətli layihələndirmə xidmətləri təqdim edirik. Peşəkar mühəndis və dizaynerlərdən ibarət komandamız, müxtəlif sənaye və mülki obyektlərin layihələndirilməsi sahəsində geniş təcrübəyə malikdir. Məqsədimiz müştərilərimizin ehtiyaclarına cavab verən təhlükəsiz, funksional və davamlı layihələr yaratmaqdır.
- Müasir texnologiyalara əsaslanan sənaye və mülki obyektlərin memarlıq və mühəndislik həllərinin işlənib hazırlanması. - Yüksək keyfiyyət, təhlükəsizlik və funksionallıq prinsiplərinə əsaslanan layihələr.
- Ekoloji standartlara uyğun təmizləyici qurğuların və su təchizatı sistemlərinin texniki planlarının hazırlanması. - Davamlı su idarəetməsi və effektiv resurs istifadəsi üçün həllər.
- Enerji effektivliyi təmin edən istilik və soyutma sistemlərinin layihələndirilməsi. - Aşağı enerji sərfiyyatı və yüksək səmərəlilik təmin edən həllər.
- Müxtəlif miqyaslı sənaye obyektlərinin kompleks texniki layihələndirilməsi. - Məhsuldarlığı artıran və əməliyyat xərclərini optimallaşdıran texnoloji həllər.
Layihə üzrə texniki və funksional tələblərin toplanması, ilkin analiz və sahə öyrənilməsi.
Ilkin memarlıq planlarının hazırlanması.
Mühəndis sistemlərinin (su, elektrik, mexanika) hesabatlarının və çertyojların hazırlanması.
Layihənin 2D/3D modellərinin və texniki simulyasiyalarının həyata keçirilməsi.
Layihənin yoxlanılması, ekspertizadan keçirilməsi və müştəriyə təqdimatı.