MÜHƏNDİSLİKLƏ GƏLƏCƏYİ QURURUQ

Xəyalları gələcəyin
texnologiyasına
çeviririk

Mühəndislik, tikinti və infrastruktur layihələrində dayanıqlı həllər təqdim edirik.

BİZ KİMİK?

BF Engineering MMC tullantı su təmizləyici qurğular, su və kanalizasiya infrastrukturu, boru kəməri sistemləri, sənaye və mülki tikinti, həmçinin mühəndislik layihələndirmə sahəsində ixtisaslaşmış mühəndislik və tikinti şirkətidir.

Şirkətimiz layihələrin ilkin konsepsiya və layihələndirmə mərhələsindən başlayaraq tikinti, tədarük, texniki nəzarət və istismara verilmə proseslərinə qədər müştərilərinə kompleks həllər təqdim edir. Biz hər bir layihədə müasir texnologiyalara, beynəlxalq standartlara, keyfiyyətli icraya və təhlükəsiz iş prinsiplərinə əsaslanırıq.

Təcrübəli komandamız layihələndirmə, tikinti işlərinin icrası, avadanlıq və materialların tədarükü, məsləhət xidmətləri, texniki nəzarət və layihə idarəetməsi sahələrində peşəkar yanaşma nümayiş etdirir.

BF Engineering olaraq məqsədimiz müştərilərimizin ehtiyaclarına uyğun dayanıqlı, səmərəli və uzunmüddətli dəyər yaradan mühəndislik və tikinti həlləri təqdim etməkdir.

DAHA ƏTRAFLI  →

XİDMƏTLƏRİMİZ

İNŞAAT

  • Sənaye və mülki obyektlərin tikinti-quraşdırma işləri
  • Orta və yüksək təzyiqli neft-qaz və su boru kəmərlərinin quraşdırılması
  • Bioloji çirkab su təmizləyici qurğuların tikintisi

MÜHƏNDİSLİK

  • Texniki layihələndirmə və mühəndislik hesablamaları
  • Su, kanalizasiya və boru kəməri sistemləri üzrə həllərin hazırlanması
  • Layihə icrası zamanı texniki nəzarət və koordinasiya

TƏCHİZAT

  • Tikinti layihələri üçün material və avadanlıqların təmin edilməsi
  • Mühəndislik avadanlıqlarının seçimi və tədarükü
  • Layihə tələblərinə uyğun texniki təchizat həlləri

KONSALTİNQ

  • Su təchizatı və kanalizasiya sistemləri üzrə konsultasiya xidməti
  • Texniki nəzarət və layihə idarəetmə dəstəyi
  • Layihə mərhələlərinin qiymətləndirilməsi və texniki məsləhət xidmətləri

LAYİHƏLƏRİMİZ

Şuşa Tullantı Su Təmizləmə Qurğusu 01
Qarabağ, Azərbaycan Tikintiyə nəzarət · Konsaltinq

Şuşa (Çirkab) Tullantı Su Təmizləmə Qurğusu

BF Engineering MMC Şuşa şəhərinin tullantı su infrastrukturu layihəsi çərçivəsində tikintiyə nəzarət xidmətlərini həyata keçirir. Layihə Azərbaycanın tarixi şəhəri olan Şuşada müasir infrastrukturun bərpasına yönəlib.

DAVAM EDİR ƏTRAFLI BAX →
Cızzax Magistral Su Təchizatı 02
Özbəkistan, Cızzax Magistral boru montajı

Cızzax Magistral Su Təchizatı Sistemi – Ø720 boru kəməri

Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində ümumi uzunluğu 12.5 km olan Ø630 və Ø720 magistral boru xəttinin icra işləri həyata keçirilmişdir.

TAMAMLANIB ƏTRAFLI BAX →
Füzuli Tullantı Su Təmizləmə Qurğusu 03
Qarabağ, Azərbaycan Tikintiyə nəzarət · Konsaltinq

Füzuli (Çirkab) Tullantı Su Təmizləmə Qurğusu

BF Engineering MMC Füzuli şəhərinin tullantı su infrastrukturu layihəsi çərçivəsində tikintiyə nəzarət xidmətlərini həyata keçirir. Layihə Füzuli şəhərinin sanitariya infrastrukturunun bərpasına töhfə verir.

DAVAM EDİR ƏTRAFLI BAX →
FOPIP Dövlət Su Agentliyi Konsaltinq 04
Bakı, Azərbaycan Sub-konsaltinq · Texniki məsləhət · Audit

FOPIP – Dövlət Su Agentliyi Konsaltinq

BF Engineering MMC, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Dövlət Su Agentliyi və əlaqəli qurumlara sub-konsaltinq xidməti göstərir.

DAVAM EDİR ƏTRAFLI BAX →
Cızzax Su Təchizatı Sistemi Tikinti İşləri 05
Özbəkistan, Cızzax Tikinti işləri

Cızzax Su Təchizatı Sistemi – Tikinti İşləri

Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində tikinti işləri icra edilmişdir. Bütün işlər beynəlxalq mühəndislik standartlarına və yerli tələblərə uyğun şəkildə həyata keçirilmişdir.

TAMAMLANIB ƏTRAFLI BAX →
Hadrut Tullantı Su Təmizləmə Qurğusu 06
Qarabağ, Azərbaycan Tikintiyə nəzarət · Konsaltinq

Hadrut Tullantı Su Təmizləmə Qurğusu

BF Engineering MMC Hadrut qəsəbəsinin tullantı su infrastrukturu layihəsi çərçivəsində tikintiyə nəzarət xidmətlərini həyata keçirir. Layihə Hadrut qəsəbəsinin sanitariya infrastrukturunun müasir standartlara uyğun qurulmasına yönəlib.

DAVAM EDİR ƏTRAFLI BAX →
Yangiyer Şəhəri Tullantı Su Təmizləyici Qurğuları 07
Özbəkistan, Yangiyer Konsaltinq xidmətləri

Yangiyer Şəhəri Tullantı Su Təmizləyici Qurğuları

İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Özbəkistan Respublikasının Sırdarya vilayətinin Yangiyer şəhərində bioloji çirkab su təmizləyici qurğunun tikintisi üzrə konsaltinq xidmətləri göstərilmişdir.

TAMAMLANIB ƏTRAFLI BAX →
Cızzax Su Təchizatı Boru və Fason Hissələr 08
Özbəkistan, Cızzax Boru və fason hissələrin təchizatı

Cızzax Su Təchizatı Sistemi – Boru və Fason Hissələr

ADB tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Ø630 və Ø720 ölçülü borular, siyirtmalar, flanşlar və digər əsas texniki materiallar təchiz edilmişdir. Bütün materiallar layihə tələblərinə uyğun seçilmişdir.

TAMAMLANIB ƏTRAFLI BAX →